CƏMİYYƏT
Quzu ətinin qiymətinə satılan qulançar
19.04.2023 [17:04]
Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur.
AZƏRTAC xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır.
İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlıq dəstələrə bağlanıb, bazarlarda satışa çıxarılır. Bu bitkiyə tələbat çox olduğundan qiyməti də bahadır. Qulançar quzu ətinin qiymətinə - 16-17 manata, bəzən də ondan baha satılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
01.06.2023 [14:52]
01.06.2023 [16:42]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
01.06.2023 [17:01]