SİYASƏT


“Hərbi Lisey Günü” qeyd edilib

Ulu Öndər Heydər Əliyev 20 il öncə, 2003-cü il aprelin 19-da əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi sonuncu dəfə ziyarət edib, məktəbin yetirmələri olan general, admiral, zabitlərlə, eləcə də burada xidmət edən müəllim, zabit heyəti və kursantlarla görüşüb.
Həmin gün Ulu Öndər hərbi liseyə Döyüş Bayrağı təqdim edərək bir daha əmin olduğunu bildirib ki, məktəbdə milli peşəkar zabit kadrlarının yetişdirilməsi üçün bundan sonra da səylər göstəriləcək və bu təhsil ocağından pərvazlanan oğullar gələcəkdə respublikamızın suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda əsl qəhrəmanlıq nümunələri nümayiş etdirəcəklər.