Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur

20.04.2023 [18:59]

Xəbərin mətni

Əhalinin rahat gediş-gəlişində xüsusi əhəmiyyətə malik, paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yol hesab olunan Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, II texniki dərəcəyə uyğun qurulan yol layihəsinin icrası ilə Muğanlı-İsmayıllı-Qəbələ yolunun uzunluğu 9,7 kilometr qısalaraq 76,8 kilometr təşkil edəcək.
Mövcud 2 zolaqlı yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.