CƏMİYYƏT


“Formula 1”-ə görə bu yollar bağlanacaq

Aprelin 28-30-da keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə Bakıda daha iki yol bağlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) məlumat yayıb.
Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.