CƏMİYYƏT


Ağdaşda qənnadı fabrikindən oğurluq edən şəxs saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində rayon ərazisində oğurluq edən və azyaşlıya qarşı soyğunçuluq cinayəti törədən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində yerləşən qənnadı fabrikindən ümumi dəyəri 15 000 manat olan motorların oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri prosessual hərəkətlər yerinə yetirilib. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Həsən Həsənov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladıqlarını dəyərindən dəfələrlə ucuz qiymətə metal qəbulu məntəqəsinə satdığını, əldə etdiyi pulu isə xərclədiyini bildirib. Davam etdirilən tədbirlərlə motorlar da satdığı yerdən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.