CƏMİYYƏT
FHN: Bayram günlərində 16 nəfər xilas edilib
25.04.2023 [13:15]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 120 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma, 2 partlayış hadisəsi və 2 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, partlayışların nəticələrinin çevik aradan qaldırılması və insanların həyatının xilas olunması təmin edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]
06.06.2023 [13:32]