İQTİSADİYYAT


Xalid Əhədov: Sahibkarlığın inkişafı prioritet istiqamətdir

Azərbaycan ötən əsrin 60-cı illərində keçmiş sovet ittifaqı ölkələri arasında geridə qalsa da, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmiz qısa zamanda inkişaf etmiş sənaye respublikasına çevrildi.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən tədbirdə deyib.