MƏDƏNİYYƏT


Belqradda Gülnarə Xəlilovanın "Qarabağ" milli geyimləri təqdim olunub

Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu, Azərbaycan - Azerbaijan, The Land Of Fire" Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı “Madlena Art Palace”da tanınmış dizayner Gülnarə Xəlilovanın "Qarabağ" kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim edilib.