Azərbaycan Dövlət İnformasiya Agentliyi

Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsi təmir olunub

25.04.2023 [20:51]

Xəbərin mətni

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə respublika əhəmiyyətli Giləzi-Xızı avtomobil yolunun Giləzi qəsəbəsindən keçən hissəsinin əsaslı təmiri işləri yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 3,8 kilometr təşkil edən avtomobil yolunun sözügedən hissəsinin eni müvafiq olaraq 8-16 metr olmaqla dəyişir.