MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisi açılıb

Heydər Əliyev Mərkəzində XX əsrin məşhur rəssamlarından biri - Salvador Dalinin əsərlərindən ibarət “Sürrealizm mənəm” sərgisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Salvador Dalinin Azərbaycanda ilk dəfə təqdim olunan əsərləri sırasında rəssamın qrafik əsərləri, şüşədən və bürüncdən hazırlanan heykəltəraşlıq nümunələri, eləcə də “canlı kətanlar”ı xatırladan multimedia yer alıb. Heydər Əliyev Mərkəzində nümayiş olunacaq əsərlər dünyada Salvador Dalinin işlərindən ibarət ən böyük kolleksiyalardan biridir. Bu unikal layihə ziyarətçiləri rəssamın dünyasına aparır. Həmin obrazların “canlandığı” multimedia zonası Salvador Dali dünyasını daha dərindən hiss etdirir.