CƏMİYYƏT


Binəqədidə narkotik satan 17 nəfər saxlanıldı

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilib. Tədbirlər zamanı narkotiklərin satışı ilə məşğul olan daha 17 nəfər saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərindən,yaşadıqları evlərdən külli miqdarda heroin,marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.