CƏMİYYƏT


Yol Polisi sürücülərə müraciət edib

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
BDYPİ-dən AZƏRTAC-a daxil olan müraciətdə aprelin 28-dən başlayacaq Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılacağı nəzərə alınaraq, xüsusilə cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni, Azneft və Neftçilər dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla 20 Yanvar və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etmələri xahiş olunur.
“Eyni zamanda, 20-ci sahə və Bayıl qəsəbəsində yaşayanlara isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır