CƏMİYYƏT


“Prius”dan külli miqdarda narkotik aşkarlandı

Bakının Nəsimi rayonu ərazisində "Toyota Prius" markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin saxlanılması narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəlidir.Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanovun idarə etdiyi avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub.