Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli investorlar Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumatlandırılıb

28.04.2023 [11:40]

Xəbərin mətni

Azərbaycanın Çindəki səfirliyində “Ələt Azad İqtisadi Zonası - Azərbaycan-Çin iqtisadi əlaqələrində yeni əməkdaşlıq imkanları” mövzusunda biznes forum keçirilib.
Azərbaycanın Çindəki səfirliyinin, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun, Çin Maşınqayırma və Elektron Məhsulların İdxalı və İxracı Ticarət Palatasının (CCCME) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əksəriyyəti palatanın üzvü olmaqla, 100-ə yaxın Çin şirkətinin nümayəndəsi iştirak edib.