CƏMİYYƏT
Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun yenidən qurulması davam edir
28.04.2023 [17:24]
Siyəzən rayonunda Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Yenidənqurma işləri çərçivəsində əsasən 27 kilometr uzunluğa malik yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avtomobil yolu 9 yaşayış məntəqəsini əhatə edir. Torpaq əsaslı yol, sözsüz ki, kəndlər arasında nəqliyyat əlaqəsini çətinləşdirir, gediş-gəlişdə problemlərə səbəb olurdu. Əsaslı şəkildə bərpasına ehtiyac olan yolun eni 7 metrə qədər genişləndirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
30.05.2023 [15:07]
29.05.2023 [21:54]