İQTİSADİYYAT


Bazarlarda hansı məhsulların qiyməti artıb?

Bazarda meyvə tərəvəz bol, qiymətlər isə olduqca bahadır. Bahalaşma əsasən özünü tərəvəzlərin qiymətində göstərir. Belə ki, ötən ilin eyni vaxtında pomidorun 1 kiloqramının qiyməti 2, 2 manat 50 qəpik civarında dəyişirdisə, hazırda eyni məhsulun 1 kiloqramının qiyməti 3 manat 50 qəpik, 5 manat arasındadır. Hətta bəzi piştaxtalarda kilosu 6 manata olan pomidora da rast gəlmək mümkündür.
İqtisadçı Eldəniz Əmirov bildirdi ki, bazarlarda tərəvəzlərin qiymətinin baha olmasında ilk amil, mövsümü faktorlardır. Belə ki, hələ hava şəraiti bəzi tərəvəz məhsullarının yetişməsi üçün əlverişli olmadığına görə satışa çıxarılanlar əsasən istixanalarda becərilənlərdir.