CƏMİYYƏT


Gəncədə Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob

Gəncədə oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş fləşmob keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev adına Meydanda 2500 nəfərin iştirakı ilə baş tutan fləşmobda könüllülər, şəhərin ali təhsil müəssisələrinin tələbələri birlikdə “Zərifə Əliyeva-100” yazısını əks etdiriblər.
Qeyd edək ki, 28 aprel görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü tamam olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır