CƏMİYYƏT


Atlet Ağstafadan Bakıya yürüşə çıxdı - rekorda imza atmaq istəyir

Ağstafanın Səməd Vurğun qəsəbəsinin sakini, 34 yaşlı atlet Ağa Qəzənfər oğlu Əliyev rayondan Bakı şəhərinə qədər 466 kilometr məsafəni qət etməklə rekorda imza atmağı düşünür. O, bu yürüşünü Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edib.
AZƏRTAC xəbər verir ki, Ağa Əliyev bu məsafəni 5 günə qət etməyi qarşıya məqsəd qoyub. Əgər bu reallaşarsa, Azərbaycanda ilk olacaq. İndiyədək ölkəmizdə hər hansı atlet 5 gün ərzində 466 kilometr məsafəni qət etməyib.