Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişliyə dolu yağıb

01.05.2023 [23:01]

İmişli rayonu ərazisində 17 radələrinə kimi hava günəşli olsa da anidən bulud və şimşəklə müşahidə olunan yağıntı başlayıb. Saat 18 radələrində başlayan yağış qısa müddətdə güclənib və təxminən 1 saatdan çox davam edib. Həmçinin rayonun birneçə kəndində Çaxırlı, Çahar, Gövhərli, Qaradonlu, Qaralar və digər kəndlərdə dolu yağmağa başlayıb və 30-35 dəqiqəyə qədər davam edib.