SİYASƏT


Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir

Müdafiə nazirinin təsdiq etdiyi bu ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.
Sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.