RƏSMİ


Azərbaycan Prezidenti və birinci xanım Ağdam şəhərində 3-cü yaşayış məhəlləsinin təməlini qoyublar

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında tikinti işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.
Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.