İQTİSADİYYAT


Avstriya ilə birbaşa aviareyslərə start verildi

Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı ilə təyyarə önündə rəmzi lent kəsilib, daha sonra mərasim media nümayəndələrinin də iştirak etdiyi rəsmi hissə ilə davam edib.