CƏMİYYƏT


İran vətəndaşına kuryerlik edən şəxs tutulub

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üzərində qanunsuz odlu silah gəzdirən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı paytaxt sakini, əvvəllər də məhkum olunmuş Baba Sadıqov şübhəli şəxs qismində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sərnişin qismində olduğu avtomobilə baxış keçirilən zaman “Kalaşnikov” markalı avtomat, 40 ədəd patron və 1 ədəd daraq aşkarlanaraq götürülüb.