CƏMİYYƏT


Kürdəmirdə ağır yol qəzası: 2 ölü, 8 yaralı

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Kürdəmir rayonunun Karar kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, "Mercedes Sprinter" markalı sərnişin daşıyan mikroavtobus qarşıda hərəkət edən mişar daşı ilə dolu "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 2 nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə zamanı "KamAZ" markalı yük maşını yoldan çıxaraq aşıb.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır