CƏMİYYƏT
Bakıda skuterləri kimlər sürür?
03.05.2023 [16:34]
Son zamanlar skuter istifadəçilərin sayı artıb. Bu hal həm parklarda, həm də nəqliyyat yollarında müşahidə edilir. Vətəndaşlar həm cibə qənaət üçün, həm də şəxsi biznes kimi skuterlərə üz tuturlar. Müsahibimiz Fərid Faiqoğlu deyir ki, yollarda velosiped və skuterlər üçün kifayət qədər şərait yoxdur. Əgər bu nəqliyyat vasitələri üçün xüsusi zolaq quraşdırılarsa, həm bizim, həm də vətəndaşlar üçün təhlükəsiz olar.