Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişli rayonunda uzunluğu 43,5 kilometr olan yollar yenidən qurulur

04.05.2023 [13:04]

Xəbərin mətni

İmişli rayonunda Ağsu-Kürdəmir-Bəhrəmtə avtomobil yolunun 71-ci kilometrindən ayrılan Məmmədli-Ağamalılar-Əlyetməzli-Allahmədətli-Telişli marşrutu üzrə avtomobil yollarının yenidən qurulması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə 5 yaşayış məntəqəsinin 8 mindən çox əhalisinin istifadə etdiyi sözügedən yolların ümumi uzunluğu 43,5 kilometrdir. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların hərəkət hissəsinin eni müvafiq olaraq 6, ümumi eni ortalama 10 metr təşkil edəcək.