Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Qubadlı rayonunda təməli qoyulan növbəti kənd - Mahruzlu

04.05.2023 [19:08]

Xəbərin mətni

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qubadlı rayonunun Mahruzlu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kəndin layihəsi barədə məlumat verildi.
Qeyd olundu ki, kənd Qubadlı rayonunun mərkəzindən 19 kilometr məsafədə yerləşir. Kəndin layihələndirilən ümumi ərazisi 197 hektar təşkil edir. Gələcəkdə bu kənddə 2700-dən çox sakinin, başqa sözlə, 690 ailənin yaşaması planlaşdırılıb.

Bölmənin digər videoları