Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Füzuli rayonunun Dədəli kəndində birinci mərhələdə 327 ev tikiləcək

06.05.2023 [00:46]

Xəbərin mətni

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonunun Dədəli kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi.
Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi 314 hektardır. Bu kənddə 4495 nəfərin (1129 ailə) məskunlaşması nəzərdə tutulub. Tikiləcək 1050 fərdi evin hər birinin həyətyanı sahəsi 1200 kvadratmetr olacaq. Qeyd edildi ki, birinci mərhələdə Dədəli kəndində 1373 nəfərin yaşayacağı 327 fərdi ev tikiləcək.