İDMAN


Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş atıcılıq turniri keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mayın 6-da media nümayəndələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş atıcılıq turniri keçirib.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sabunçu rayonunda yerləşən Atıcılıq Tirində keçirilən turnirdə hər biri 3 nəfər media mənsubundan ibarət 19 komanda qatılıb.
İştirakçılar əvvəlcə Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər. Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri qoyulub.