CƏMİYYƏT


Tuğ və Hadrutun turizm potensialı

Azərbaycanın ən qədim və ən gözəl kəndlərindən biri olan Tuğun böyük turizm potensialı var. Buranın turizm konsepsiyasının hazırlanmasında üç istiqamət əsas götürüləcək.
AZƏRTAC-ın bölgə müxbiri Prezidentin izi ilə Xocavənddə olub. Turizm sahəsində görüləcək işlərlə bağlı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin idarə heyətinin sədri Murad Ağabəyli açıqlamasında bildirib ki, istiqamətlərdən birincisi Tuğun tarixi memarlıq üslubunu saxlamaqla mədəni turizmin inkişaf etdirilməsi üzrə, ikincisi Tuğun zəngin təbiətindən istifadə etməklə ekoturizmin inkişaf etdirilməsi, üçüncü istiqamət isə Tuğun aqroturizm potensialı üzrədir.