CƏMİYYƏT


Autizmli gənclərin ifasında "Ulu Öndər" mahnısı

Dahi Şəxsiyyət, Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anadan olmasının yüzilliyi münasibətilə söz və musiqisi bəstəkar Arzu Səmədqızına məxsus "Ulu Öndər" mahnısı "Birgə və Sağlam" İctimai Birliyinin bir qismi autizmli gənclərdən ibarət olan inklüziv "Mavi Ürəklər" Xor və Ritm qrupunun solistləri - Kənan Məmmədov, Nuray Eynallı, Əlisahib Bayramovun ifasında təqdim olundu. Xalqının xilaskarı, müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla anırıq.