İQTİSADİYYAT


Yollarda yeni elektron tərəzilər quraşdırılır

Yollarda yeni texnologiyaya əsaslanan elektron tərəzilərin quraşdırılmasına başlanılıb.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, ağırçəkili nəqliyyat vasitələrinin avtomobil yollarına vurduqları ziyanın hesablanması qaydalarının, yol ötürücülərinin yük götürmə qabiliyyətinin müəyyən edilməsi, habelə həmin zərərin ödənilməsi və aradan qaldırılması, ən əsası isə qəza təhlükələrinin nəzarət altına alınması məqsədilə tədbirlərin görülməsi istiqamətində müvafiq addımların atılması davam etdirilir.