CƏMİYYƏT


Nəsimi rayonunda vətəndaşı döyərək pulunu ələ keçirən şəxslər saxlanılıb

Nəsimi rayonu ərazisində naməlum şəxslərin bir nəfəri döyərək onun 8512 manat pulunu, sənəd və pul kisəsini ələ keçirmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Xəzər Ələsgərov, Nicat Kərimov, Vüqar İsmayılov və əvvəllər məhkum olunmuş Təhmasib İlyaslı saxlanılıblar.