Azərbaycan Dövlət İnformasiya Agentliyi

MN: Azərbaycan Ordusunun mövqeləri D-30 toplarından atəşə tutulur

11.05.2023 [17:57]

Xəbərin mətni

Mayın 11-i saat 17:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun şərti sərhəddin bu istiqamətdəki mövqelərini D-30 toplarından istifadə etməklə atəşə tutur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

BÖLMƏNİN DİGƏR VİDEOLARI