CƏMİYYƏT


Nərimanov rayonunda 54 narkokuryer saxlanılıb

Nərimanov rayonunda sosial şəbəkələrdə müxtəlif şirnikləndirici vədlər müqabilində narkokuryerliyə cəlb olunan daha 54 nəfər saxlanılıb, barələrində cinayət işləri başlanılıb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 3 kiloqram heroin, 4 kiloqrama yaxın marixuana və 1 kiloqram metamfetamin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələr vasitəsi ilə tanış olduqları xarici ölkələrədə, əsasən İran İslam Respublikasında yaşayan narkotacirlərin təsiri altına düşərək onların müxtəlif şirnikləndirici vədləri müqabilində Bakı şəhərində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.