MƏDƏNİYYƏT


Özbəkistanda Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı konsert təşkil olunub

Daşkənddə Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı “Türküstan” konsert sarayında böyük konsert təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Özbəkistanın mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verərək, onun özbək xalqının yaxın dostu olmasından, Özbəkistanla əməkdaşlığından danışıb, Ulu Öndərin bu ölkəyə səfərlərini xatırladıb, hələ Moskvada işlədiyi dövrdən Özbəkistana xüsusi münasibət göstərdiyini vurğulayıb. Bu gün də iki qardaş ölkə arasında sıx əlaqələrin olmasından söz açan O.Nazarbekov Azərbaycan-Özbəkistan dostluq əlaqələrinin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətlərindən də söz açıb.