Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər dənizinin suyunun şirinləşdirilməsi nəzərdə tutulur

13.05.2023 [19:48]

Su böhranları artıq illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir. Bütün dünyada müzakirə olunan ən aktual məsələlərdən olan içməli su ehtiyatlarının azalması Azərbaycandan da yan keçmir. Problemin həlli istiqamətində bir sıra addımlar göstərilir ki, bunlardan biri də Xəzər dənizinin suyunun duzsuzlaşdıraraq həm kənd təsərüffatında, həm də içməli su kimi istifadəsinə şərait yaradacaq.