CƏMİYYƏT
Bu yolda subasmadan sonra hərəkət bərpa olundu
14.05.2023 [13:27]
Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
31.05.2023 [14:20]
31.05.2023 [12:54]
31.05.2023 [10:46]
29.05.2023 [21:54]
31.05.2023 [15:24]