CƏMİYYƏT


Qusarda mülki müdafiə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il üçün Hazırlıq planına müvafiq olaraq Qusar rayonunda "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.