Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidentini qəbul edib YENİLƏNİB
15.05.2023 [12:24]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə etdi.