Azərbaycan Dövlət İnformasiya Agentliyi

Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri aparılır

15.05.2023 [13:35]

Xəbərin mətni

Masallı rayonunda respublika əhəmiyyətli Masallı dəmir yolu stansiyası avtomobil yolunun 4-cü kilometrdən ayrılan Ləngan, Əhmədli, Təklə-Viləş, Təklə-Mollahəsənli, Həsənli-Köçəkli, Bala-Təklə-Şərəfə, Qədirli-Xallıcalı, Hüseynhacılı-Öncəqala avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 38 kilometr olan avtomobil yollarının eni 10 metrə qədər genişləndirilir.