CƏMİYYƏT


Astarada elektrik stansiyasını su basdı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən Astara Modul tipli Elektrik Stansiyasının ərazisinin bir hissəsinin intensiv yağışlar səbəbindən subasmaya məruz qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.