Sel Astarada fəsadlar törədib
15.05.2023 [19:33]
Son günlər Cənub bölgəsində yağan intensiv yağışlar, Astarada bir çox fəsadlar törədib. Rayonun Şiyəkəran kəndində Pensərçay daşaraq həyətyani sahələrə dolub. Sel suları Səncərədi kəndi ərazisində körpünü yararsız vəziyyətə salıb.