CƏMİYYƏT


Qeyri sabit hava şəraitinin səbəbi nədir?

Artıq bir neçə gündür ki, respublikamızda qeyri sabit hava şəraiti hökm sürür. Paytaxtımızda güclü külək və yağış, bölgələrimizdə isə dolu, leysan və hətta bəzi ərazilərdə qar yağır. Bəs may ayı üçün xarakterik olmayan bu hava şəraitinin səbəbi nədir? Ekspertlər, may ayı üçün dəyişkən hava şəraitini xarakterik sayırlar. Lakin ötən illərlə müqayisədə bu il daha fərqli situasiya mövcuddur və bu cür soyuq hava şəraiti tək ölkəmizdə deyil, bir neçə qonşu ölkələrdə də müşahidə olunur.