RƏSMİ


Prezident İlham Əliyev İordaniya parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Əhməd Əs-Səfadinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu bildirdi.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.