İQTİSADİYYAT


Günay Bankda sığortalanmayan əmanətlərin aqibəti necə olacaq?

Bu gün Azərbaycan Mərkəzi Bankının qərarı ilə Günay Bank Açıq Səhmdar Cəmiyyətinin lisenziyası ləğv olundu. Bankın lisenziyasının ləğv olunması bura qoyulan əmanətlərin aqibətinin necə olacağı məsələsini ortaya çıxarır. Mərkəzi Bankın müvafiq qərarında qeyd olunur ki, qurum tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunan hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna Günay Bank üzrə sığortalanan əmanətlər 38,5 milyon manat təşkil edir və bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov isə bildirdi ki, Günay Bankda sığortalanan əmanətlərlə müqayisədə, sığortalanmayan əmanətlər daha çoxdur və onların məbləği 70 milyon manata yaxındır.