MƏDƏNİYYƏT
Moskvada “Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət” adlı sərgi açılıb
18.05.2023 [11:58]
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev - 100. Lider. Dövr. İncəsənət” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə təşkil olunan sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunub saxlanılan XX əsr-XXI əsrin əvvəllərinə aid Azərbaycan təsviri sənət ustalarının unikal əsərləri təqdim olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
09.06.2023 [15:27]
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]