CƏMİYYƏT


Neftçala sakininin həyətindən 207 ədəd çətənə kolu aşkarlanıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.