İQTİSADİYYAT


İlon Maskın Starlink interneti Azərbaycana nə vəd edir?

Azərbaycan Respublikasının Kosmik Agentliyi – ABŞ-nin “SpaceX” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən Azərkosmos və “SpaceX” şirkəti arasında şirkətin “Starlink” genişzolaqlı peyk internet xidmətinin Azərbaycanda təkrar satışı üzrə razılıq əldə olunub. Ölkəmizdə artıq uğurla sınaqdan keçirilən “Starlink” peyk internet xidmətləri dənizdə, quruda, dəmir yollarında və digər nəqliyyat xətlərində, ucqar ərazilərdəki iş və məlumat mərkəzlərində, bir sözlə kifayət qədər internet əhatəsi olmayan ərazilərdəki istifadəçilər tərəfindən istifadə oluna bilər. Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün sözlərinə görə Starlink və onun sahibi Space X şirkəti dünyada ən innovativ bir şirkətdir və bu şirkətin ölkəmizə gəlişi innovasiyaları da özüylə birlikdə gətirir.