Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb
20.05.2023 [12:34]
Nizami rayonunda quldurluq hadisəsi baş verib. Naməlum şəxs Q.Qarayev 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib.
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.